Gümüş üzüklər

(1 müştəri rəyi)

36 AZN

Türkiyə gümüşü ilə:

 36 azn – 3 qr  90 azn – 10 qr  60 azn – 5 qr  120 azn – 12 qr

İtaliya gümüşü ilə:

 42 azn – 3 qr  110 azn – 10 qr  70 azn – 5 qr  135 azn – 12 qr

 

Pulsuz sifariş göndər

İşarəni götürməklə telefon nömrəsinin sizə məxsus olduğunu təsdiq edin

Описание

Gümüş üzüklər qadınlarla yanaşı kişilərin də sevimli aksessuarıdır. Zövqlə dizayn olunmuş, uyğun qaşlarla bəzədilmiş gümüş üzük və digər zinət əşyaları əvəzedilməzdir. Zövlü gümüş məmulatlar sizi çox gözəl göstərəcək. Uyğun qiymətə hədiyyə üçün də çox əladır.
Amma bu gün Bakıda gümüş üzük adı ilə satılan gümüş üzüklərin heç də hamısı gümüşdən deyil. Sizlərə əsl gümüş üzükləri saxtalardan ayırd etməyi öyrədəcyik.

Türkiyə və İtaliya istehsalı gümüş üzüklər

Üzüklərimiz Türkiyə və İtaliyanın sertifikatlı gümüş istehsalçıları tərəfindən istehsal olunmuşdur. Satış bir başa ilk əldən — distrubiteldən həyata keçirilir. Üzüklər 925 əyarlıdır. 925 əyar yalnız üzərinə vurulmuş ştampdan ibarət deyil. Müvafiq sertifikatı var. Üzük çeşidlərimiz genişdir. Zamanla şəkillərini bu səhifəyə əlavə edirik. Gümüş üzüklərin qutuları var və əlavə olaraq paketlərdə mövcuddur. Üzüklərdə müxtəlif daşlardan (qaşlardan) istifadə olunur.

Sifarişli gümüş üzüklər

Üzüyünüzün üzərinə istədiyiniz adı və ya sözü yazdıra bilərsiz. İstədiyiniz dizaynda gümüş üzükləri sifariş verə bilərsiz. Təki zövqünüzə uyğun olsun. Bu 3-5 gün və ya dizyandan asılı olaraq daha çox vaxt ala bilər. Xüsusi hazırlanmış üzüklər unikaldır və ikinci bir nüsxəsi olmur. Siz bizimdə tövsiyəmizlə edlə dizaynlı üzüklər sifariş verə bilərsiz ki, bu gümüş üzük dünyada yalnız sizdə ola bilər.

Hədiyyəlik gümüş üzüklər

Hədiyyəlik üzüklərimiz geniş çeşiddədir. Qadınlar üçün gümüş üzüklərlə yanaşı kişilər üçün gümüş üzüklərimiz də mövcuddur. Hədiyyə vermək üçün gümüş üzüklər ideal seçimdir. Hədiyyəlik üzüklərinizi daha maraqlı və zövqlü qutuda, paketdə təqdim edə bilərik. Hədiyyəıik bağlamalarda hazırlaya bilərik. Əsas odur ki, sevənlər qovuşsun 🙂

Gümüş üzüklərin saxta olduğunu necə anlamalı?

Gümüşdən hazırlanmış zinət əşyalarına təlabat son zamanlarda daha da yüksəlib. Bu qiymətli metal çox gözəl olması ilə yanaşı eyni zamanda sağlamlıq üçündə faydalıdır. Gümüş üzüklər bir çox daşlarla (qaşlarla) yaxşı uyğunlaşır. Lakin bazarda saxta məhsullar həddən artıqdır. Suroqatlar çox vaxt ərinti formasında olurlar və bu ərintidə gümüşün miqdarı çox az olur. Yaxud da sadəcə olaraq üst təbəqələri çox nazik gümüş qatı ilə örtülüb.

Əsl gümüş üzükləri saxtadan ayırmaq üsulları

Biz heç kimin etmədiyini edəcəyik. Sizə əsl gümüş üzükləri saxtadan ayırmağın yollarını öyrədəcəyik. O zaman bizim satdığımız məhsulların keyfiyyətini daha yaxşı anlayacaqsız. Gümüşü suroqatlardan ayırmağın bütün üsulları argentum (gümüş) adlanan kimyəvi elementin fiziki və kimyəvi xüsusiyyətlərinə əsaslanır.

1. İlk üsül istilik keçirmə qabiliyyəti.

Gümüş metal tez isinir və tez soyuyur. Ev şəratində gümüş üzüklərinizin istilik keçirməsini yoxlaya bilərsiz. Bu çox asandır. Bir anlığına gümüş üzüyün halqa (yəni qaş olmayan tərəfini) hissəsini isti suya salın. Əgər üzüyünüz gümüşdürsə dərhal isinəcək, suyun temperaturu qədər olacaq istiliyi. Surroqat isə gec qızacaq və sadəcə olaraq bir az ilıq olacaq. Eyni zamanda üzüyünüz tezdə soyuyacaq.

2. İkinci üsul gümüş üzüyə iynə ilə cizik atmaqla başlayır.

Bunun üçün sizə ofis üçün və ya adi tikiş iynəsi lazım olacaq. Bunu üzüyün diqqət çəkməyən bir yerində edin. İynənin ucu ilə gümüş üzyüyn üzərini yüngülvari cızın. Nəticəni izləyin. Əsl gümüş üzüklərdə bu müdaxiləyə heç cür reaksiya olmayacaq. Sadəcə metal iynənin cızığı görünür. Amma gümüş üzlük çəkilmiş üzükdə dərhal altdakı metal görünəcək və ya qırmızıya çalan rəng görünəcək cızıq yerində.

3. Üçüncü üsul kimyəvi üsuldur.

Gümüşü digər kimyəvi maddələrlə reaksiya salaraq sınaqdan keçirdək. Bunun üçün sizə adi qrafit karandaş lazım olacaq. Gümüş üzüklərinizin üzərində karandaşla xətt çəkməyə cəhd edin. Əgər metal qaralarsa, deməli bu gümüş deyil, surroqatdır. Əsl gümüş üzərində karandaşla iz salmaq olmur. Bunun üçün adi təbaşirdən də istifadə etmək olar. Təbaşiri gümüş üzüklərinizə sürtün və təbaşirə baxın. Əgər təbaşir qaralıbsa, deməli üzüyünüz əsl gümüşdəndir. Əgər təbaşir öz rəngini dəyişməyibsə aparın qaytarın, bu əsl gümüş üzük deyil.

Başqa üsüllarda var, amma qeyd etdiklərimiz üsullar ev şəraitində asan başa gələnlərdir.

Qiymətlər

Səhifədə olan üzüklər onların qiymətləri bəzən dəyi bilər. Qeyd etdiyimiz kimi üzüklərimiz Türkiyə və İtaliyadan gəlir. Gömrük xidmətləri şərtlərinin və valyuta kurslarının dəyişməsi gümüş üzüklərin qiymətində kiçik dəyişikliyə səbəb ola bilər. Bir neçə üzük sifariş verilərkən müştərilərimizə mümkün olan bütün endirimləri edirik.
Bütün üzüklər müştərilərə hazırladığımız paketdə təslim edilir və qiymətə təsir etmir. Amma xüsusi paketlənmə, hədiyyəlik bağlama və sairə xidmətlər gümüş üzüyün qiymətinin üzərinə əlavə olunur.
Xüsusi üzüklərin (sifarişli) hazırlanması dizyan, gümüşün çəkisi, istifadə olunacaq qaşlardan və digər məsələlərdən asılı olaarq müəyyən olunur. Sifariş zamanı istəklərinizi nəzərə alaraq qiymət çıxarırıq.

1 отзыв на Gümüş üzüklər

  1. Ramal

    Nece elde etmek olar

    • azflora

      Saytdakı telefon nömrəsinə zəng edin.

Sənin rəyini gözləyirik

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *